​Millətimlə əhd bağlayıram - Ərdoğan

Baxış sayı:
4138

İndi burada millətimlə əhd bağlayıram. Əhdim olsun ki, yeni dövrdə Türkiyə müasir mədəniyyət səviyyəsinin üzərinə çıxacaq. Türkiyə beynəlxalq güc olaraq dünya səhnəsindəki layiqli yerini alacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul qurultayında çıxışı zamanı deyib.
“İxrac sahəsində yüksəlişimiz sürətlənərək davam edəcək. Enerji məsələsində xaricdən asılılığımız azalacaq. Yüksək texnologiyalı məhsullarda yerlilik nisbəti artacaq. Yerli avtomobil və müdafiə sənayesi sahəsindəki layihələrimiz sürətlə həyata keçəcək. Şəhərlərimiz, mədəniyyət və sənət istehsal edən şəhərlərə çevriləcək. Bölgə və sektorda bəzi həvəsləndirmələrlə məşğulluq səviyyəsi artacaq, yeni fabriklər tikiləcək. Əhdim olsun ki, faizlər inflyasiya və cari kəsr azalacaq. Türk iqtisadiyyatı maliyyə hücumlarına qarşı daha müqavimətli hala gələcək. Türkiyənin sərmayə cazibəsi daha da yüksələcək. Kanal İstanbul və Çanaqqala körpüsü kimi böyük layihələr həyata keçəcək. İstanbuldakı yeni hava limanımız 29 oktyabrda istismara veriləcək. Əhdim olsun ki, aşağı gəlirli vətəndaşlarımızın həyat standartları hökmən artacaq. Vergi sistemi daha ədalətli hala gətiriləcək. Aşağı gəlirli vətəndaşların üzərindəki vergi yükü yox olacaq. Dövlət qurumları arasındakı koordinasiya artacaq, qərar qəbul etmə müddəti sürətlənəcək”, - Ərdoğan bildirib.