​Millət vəkillərimiz Parisə gedir: Ermənistanda vəziyyət...

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın siyasi işlər və demokratiya, həmçinin monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-dən 16-dək Parisdə səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən Muxalifet.az -a bildiriblər ki, iclaslarda Avropada İslam dinini yayan xarici maliyyəçilərin siyasi nəticələrə təsiri, İŞİD terror təşkilatının maliyyələşdirilməsi, AŞPA-nın ATƏT-lə münasibətləri, Suriyadakı vəziyyətin qonşu dövlətlərə təsiri, Liviyanın gələcəyi, Moldovada və Ermənistanda vəziyyət, Polşada demokratik institutların fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.