​Millət vəkilindən şok: Zərrab həbsxanada deyil...

Rza Zərrab böyük bir ehtimalla FTB tərəfindən şahid qoruma proqramı çərçivəsində hər hansı bir gizli yerdə saxlanılan şəxs statusundadır.
Muxalifət.az xəbər verir ki, bu barədə CHP-li millət vəkili Ömər Süha Aldan danışıb.
Qeyd edək ki, Zərrabın vəkili 5 gündür ondan xəbər ala bilmədiklərini açıqlamışdı. Türkiyə Xarici İşlər Nazirliyi isə ötən gün Rza Zərrabın vəziyyəti ilə bağlı ABŞ-a nota vermişdi.
ABŞ rəsmi açıqlamada R.Zərrabın həbsxanada olduğunu bildirmişdi.