​Millət vəkili Türkiyədə mükafat aldı

Baxış sayı:
583

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Van şəhərində Beynəlxalq Qızıl Göl mükafatına layiq görülüb.
Muxalifet.az xəbər verir ki, millət vəkili çıxışında türk birliyindən, Türkiyə-Azərbaycan qardaşlığından danışıb və aldığı mükafatı analara, qadınlara həsr etdiyini deyib.
O, görkəmli Azərbaycan şairi Hüseyn Cavidin “Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək” fikirini diqqətə çatdırıb.
Q.Paşayevanın çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.