​Millət vəkili əməliyyat olunub – ÜRƏYİNDƏ PROBLEM VAR

Baxış sayı:
2293

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bir ay bundan əvvəl V.Əhmədovun ürəyində ciddi problem yaranıb. Bakıda xəstəxanaların birinə yerləşdirilən millət vəkili ürəyindən təcili əməliyyat olunub və stend qoyulub.
Vahid Əhmədov açıqlamasında deyib ki, hazırda səhhəti normaldır, müalicəsini davam etdirir: "Ürəyimdə problem yaranmışdı. Müalicə olunuram”.