​Millət vəkili Komitə sədri təyin edildi – Sərəncam

Baxış sayı:
3751

Milli Məclisin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Baş nazirin müavini Əli Həsənov bu vaxta qədər paralel olaraq daşıdığı Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.