Millət vəkili bu şəxslərə 10 min manat maaş verilməsini TƏKLİF ETDİ

Baxış sayı:
427

Qüdrət Həsənquliyev hakimlərə 10 min manat əmək haqqı, ev və avtomobil verilməsini təklif edib.
Bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə müzakirələr zamanı deyib.
"Hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır", deyən deputat qeyd edib ki, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhəkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir: “Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakiimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.
Millət vəkili təklif edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə baxılsın.
Onun fikrincə, əgər hakimin evi yoxlusa, evlə təmin olunmalı, xidməti avtomobili olmalıdır: “Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.
Deputat eyni zamanda hakimiyyət bölgüsü məsələsində şəffaflığın təmin edilməsinin vacibliyini irəli sürərək icra hakimiyyətini təmsilçisinin məhkəmə hakimiyyətində iştirakçılığına qarşı çıxıb.//Publika