MİLLƏT ÖLDÜ

ƏZİZİM MANAT HARAY,

MƏN OLMUŞAM MAT, HARAY!

ELƏ DÜŞDÜ, QALMADI,

MANATDA HƏYAT, HARAY!

 

Dollar qalxdı, manat düşdü,

Dövlətdəki qudrət öldü.

Dövlət millət arasında,

İnam öldü, ülfət öldü.

 

Bərk gedərkən neft bazarı,

Tutdu özün çox yuxarı.

Yoxdu axı bir azarı,

Manat nədən, qəflət öldü?.

 

Davam etsə bir azca çox.

Bu ölkədə ta həyat yox.

Ay millətim. tək manat yox,

Manat ilə millət öldü.

 

Öyünürdük öyümüzdə,

Peykimiz var göyümüzdə.

Qoşa-qoşa peykimiz də.

Söndü göydə, sürət öldü.

 

Pul dediyin güc qüvvətdi,

Çox dövləti pul məhv etdi.

Pul təpərdi, pul qeyrətdi,

Pul öldüsə, cürət öldü.

Aqşin Hacızadə