Milliyyətçi Gənclər Təşkilatının faəlları həbs edilib

Avqustun 1-də Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin üzvləri - Müşfiq Vəliyev və İsgəndər Osmanlı barədə polisə tabe olmamaq maddəsi ilə ittiham irəli sürülərək, barələrində 25 sutka inzibati həbs qərarı çıxarılıb.
 
Müsavat Partiyasının məlumatına görə, gənclər iyulun 31-də mülki geyimli naməlum şəxslər tərəfindən saxlanılıb.
Müsavat Partiyası ölkə vətəndaşlarının, xüsusilə gənclərin siyasi fəaliyyətini durdurmaq məqsədi ilə həyata keçirilən bu hərəkəti siyasi repressiyaların davamı, demokratiya uğrunda mübarizə aparan gənc nəslin nümayəndələrinin mübarizə ruhunun qırılmasına yönəldiyini, eyni zamanda açıq fikrə hücum kimi qiymətləndirir.
“Müsavat Partiyası repressiyalara son qoyulmasını və həbs edilən gənclərin, eyni zamanda bütün siyasi məhbusların dərhal azad edilməsini tələb edir”, bəyanatda deyilir.