​Millimizin Belarusla oyununa bilet nə vaxt satılacaq?

Baxış sayı:
8809

Futbol üzrə Azərbaycan ilə Belarus milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun biletləri martın 10-da satışa çıxarılacaq.
Muxalifet.az AFFA-ya istinadən xəbər verir ki, birinci kateqoriya biletlərin qiyməti 4, ikinci kateqoriyanın qiymətləri 2, üçüncü kateqoriyanın biletləri 1 manat təşkil edəcək. VİP biletlərin qiyməti isə 15 manat olacaq.
Qeyd edək ki, martın 23-də keçiriləcək oyun saat 20:00-da Bakı Olimpiya Stadionunda başlayacaq.