​Millimiz yoxlama görüşündə qalib gəldi

Baxış sayı:
6646

İyunun 1-də “Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib. Muxalifet.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Dmitri Nazarov və Ağabala Ramazanov penalti zərbələrini dəqiq yerinə yetiriblər. Digər qolu isə Araz Abdullayev vurub. Oyunu Etibar Həsənov, Zöhrab Abbasov, Teymur Teymurov və Nicat İsmayılovdan ibarət hakimlər briqadası idarə edib.