​Millimiz son matç üçün Kosovoya yollandı - Foto

Baxış sayı:
232

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda qarşılaşacağı Kosovo ilə matç üçün Priştinaya yola düşüb.
Muxalifet.az-ın məlumatına görə, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə saat 18:30-da səfərə çıxıb.
Təyyarədə milli komanda ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqovla İsgəndər Cavadov da yer alıb.
Noyabrın 19-də Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov və onun Kosovo millisindəki həmkarı Bernar Şalland mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-da başlanacaq.