​Millimiz möhtəşəm qələbə ilə növbəti mərhələdə

Baxış sayı:
5932

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib.
Muxalifet.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən millimiz 6 xalla qrupu 2-ci pillədə tamamlayıb və adını elit-raunda yazdırıb.
Millimizin əsas izləyicisi Gürcüstan isə İsraillə 1:1 hesablı heç-heçəyə razılaşıb və 4 xalla 3-cü pilləni tutub. İsraillilər isə qrup lideri kimi final mərhələsinə vəsiqə qazanıblar.