​Millimiz məğlub oldu

Baxış sayı:
565

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib.
Muxalifet.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb. Bu, komandalar arasında ikinci qarşılaşma olub. Üç gün öncə qollu bərabərliklə (1:1) ayrılan rəqiblərin bu dəfəki duelinin taleyini bir top həll edib.
Anton Krivotsyukun avtoqolu balkanlılara qələbə qazandırıb. Millimiz məğlubiyyətdən qaçmaq imkanı qazansa da, Fərid Nəbiyev penaltidən yararlana bilməyib. Bu, yığmamızın Bakıda keçirdiyi son üç matçda 2-ci məğlubiyyətidir. Komandamız Makedoniya ilə matçlardan öncə Gürcüstana da uduzmuşdu – 1:2.