Millimiz Ermənistanla qarşılaşacaq

20 yaşadək kişi basketbolçular arasında Avropa çempionatının B divizionunda növbəti oyunlar keçirilib.
 
BakuPost.az xəbər verir ki, Rumıniyanın Oradea şəhərində keçirilən yarışda qrup mərhələsinə V turun oyunları ilə yekun vurulub.
B qrupunda mübarizə aparan Azərbaycan millisi sonuncu turda Hollandiya ilə görüşüb. "Narıncılar” bu matçda 85:54 (21:16, 20:22, 24:11, 20:5) hesablı qələbə qazanıb. Cordan Devis komandamızda daha çox – 16 xal toplayıb.
Bu məğlubiyyət Tahir Baxşıyevin yetirmələrinin 4-cü uğursuzluğu olub. Bunadək Rusiyaya 56:85, Slovakiyaya 78:86 və Böyük Britaniyaya 68:111 hesabı ilə uduzan millimiz qrupda sonuncu yeri tutub.
Yığmamız qrup sonuncularının mübarizə aparacağı 17-20-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayacaq. Basketbolçularımız sabah Ermənistanla qarşılaşacaq.