​Millimiz bu gün başladı: saat 18:00-da...

Baxış sayı:
10663

Milli komandamız qarşıdakı yoxlama oyunları üçün Bakıda təlim-məşq toplanışına başlayıb.
Milli komandanın mətbuat xidmətindən verilən xəbərə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız bu gün saat 18:00-da ilk məşqinə çıxır.
Hazırlığa Tofiq Bəhramov adına Respublika stadionunda start verəcək millimiz növbəti məşqlərini Bakı Olimpiya Stationunda keçirilir.
Qeyd edək ki, iyunun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq millimiz mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.