​Millimiz Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Baxış sayı:
9004

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması "Qarabağ"ın Belarusda BATE ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləyəcək.
Muxalifet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Minskdə təlim-məşq toplanışında olan komanda bugünkü görüş vaxtı "Borisov Arena"da olacaq.
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim məşq toplanışı çərçivəsində belaruslu həmyaşıdlarını hər iki oyunda 1:0 hesabı ilə məğlub edib.