​Millimiz Belarusa qalib gəldi

Baxış sayı:
9376

Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyunu keçirib.
Muxalifet.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Nigar Mirzəliyeva fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilən oyunda Belarus yığması eyni hesabla qalib gəlib.