MİLLİMİZ ALMANİYA İLƏ QARŞILAŞIR

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Report xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edəcək.
Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kotbus şəhərində baş tutan görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:1.
Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də “Dalğa Arena”da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq.
 
AVRO-2019
Seçmə mərhələ, V qrup
9 noyabr
18:00. Azərbaycan – Almaniya
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski
Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır)
Bakı. “Dalğa Arena”
Xal durumu: İrlandiya - 10, Almaniya, Kosova - 6, Norveç - 5, İsrail - 4, Azərbaycan - 0.