Milli yığmamızın baş məşqçisindən gözlənilməz qərar

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki vəzifəsindən istefa vermək qərarına gəlib.
Publika.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yaxın günlərdə Azərbaycana gələrək qərarını AFFA-ya bildirəcəyini deyib.
O, Azərbaycanda qalmaq istəmədiyini və yeni təkliflər üzərində düşünəcəyini də qeyd edib.
Məşqçi Sloveniya milli komandasına başçılıq edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:
"Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə 12 saata gəlib çıxmışam. Bu barədə xəbərləri mətbuatdan oxudum. Ola bilər ki, sloveniyalılar məni milli komandada görmək istəyir. Amma hələ heç kim mənimlə danışıqlar aparmayıb".