​Milli valyutalara bəd xəbər gəldi

Baxış sayı:
6565

San-Fransisko Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Con Uilyams həm ABŞ, həm də xaricdə iqtisadi mənzərənin çox müsbət olduğunu deyib və bu il 3 və ya 4 dəfə faiz artırılmasının uyğun olduğu fikrini təkrar edib.
Muxalifet.az sputnik-ə istinadla xəbər verir ki, 18 iyunda Nyu York FES sədrliyini təhvil alacaq Uilyams inflyasiyanın keçən il müvəqqəti ləngimədən sonra bu il FES-in hədəfi olan 2%-ə yaxınlaşmaqda olduğunu və işsizliyin 2000-ci ildən bəri ən aşağı səviyyəyə düşdüyünü bildirib.
İnvestorlar FES-in iyun ayındakı iclasında faizin bu il ikinci dəfə artırılacağını, il ərzində uçot dərəcəsinin 3, ya da 4 dəfə qaldırılacağını gözləyirlər.
Qeyd edək ki, sonuncu dəfə FES martın 21-də uçot dərəcəsini artırıb. Hazırda uçot dərəcəsi 1,5-1,75% səviyyəsindədir.