Milli Şuranın mitinqində həbs olunan PARTİYA SƏDRLƏRİ AZADLIQDA! / Yenilənib

Baxış sayı:
592

Bakıda Milli Şura tərəfindən təşkil olunan qarışıqlıq zamanı saxlanılan vətəndaşlar sərbəst buraxılır.
 
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, onlardan biri də sabiq Baş nazir Pənah Hüseyndir.
Jurnalist Əvəz Zeynallı bildirib ki, Pənah Hüseyn onunla birlikdə hadisələri müşahidə etmək üçün şəhər mərkəzinə gedərkən saxlanılmışdı.
Musavat.com müxbiri sərbəst buraxılan AXP sədri ilə telefonla danışa bilib. P.Hüseyn deyib ki, onu və digər saxlananları Səbayel rayon polis idarəsindən sərbəst buraxıblar. Onun bildirdiyinə görə, polis idarəsindən çıxarkən içəridə bir neçə adam, o cümlədən də milli azadlıq hərəkatının iştirakçılarından olan Bəxtiyar Tuncay qalmışdı. Lakin onların da çıxacağı gözlənilir.
 
***
 
Bu gün AXCP sədri Əli Kərimlinin saxlanılması haqqında məlumat vermişdik.
Belə ki, Bakıda 28 may metrostansiyası ətrafında Milli Şura tərəfindən təşkil olunan qanunsuz aksiya zamanı Əli Kərimli ilə yanaşı saxlanılan şəxslər də olub.
Hazırda AXCP sədrinin sərbəst buraxıldığı bildirilir. Bu barədə sosial şəbəkə məlumat yayılıb.
 
***
 
Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimliyə dəstək məqsədi ilə Nəsimi polis bölməsinin qarşısına gedən Müsavat başqanı Arif Hacılı saxlanılıb.
 
Bu barədə Müsavat Partiyasının sabiq başqanı, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz ''feysbuk'' səhifəsində xəbər paylaşıb: ''Mitinqdə saxlanılanlara dəstək məqsədi ilə Nəsimi Polis İdarəsinin qarşısına gedən Müsavat başqanı Arif Hacılı jurnalistlərə açıqlama verərkən saxlanılaraq polis idarəsinə aparılıb''.
Bir müddət sonra İsa Qəmbər yeni statusla çıxış edib. Orada bildirib ki, Arif Hacılı sərbəst buraxılıb və jurnalistlərə açıqlama verib.
 
Muxalifet.az