Milli Şura məhbuslara verilən işgәncәlərə görə hakimiyyəti pisləyib

Milli Şuranın Koordinasiya Mәrkәzi növbәti iclasını keçirib.
 
İclasda gündәmin bir sıra mәsәlәlәri müzakirә olunub vә onlara münasibәt bildirilib, deyə Milli Şuranın məlumatında qeyd olunur.
Koordinasiya Mәrkәzi ilk olaraq Qobustan qapalı hәbsxanasında siyasi mәhbuslar, Müsәlman Birliyi Hәrәkatının sәdri Tale Bağırzadә vә xüsusәn dә hәrәkatın fәallarından olan Abbas Hüseynә ağır işgәncә verilmәsini müzakirәyә çıxarıb. Milli Şura üzvlәri bildiriblər ki, Qobustan hәbsxanasında qәddarlıqla döyülmәsi, günlәrlә çarmıxa çәkilmiş vәziyyәtdә saxlanması, günün altında dirәyә bağlanması kimi işgәncәlәr barәdә siyasi mәhbus Abbas Hüseynin öz vәkili vasitәsilә ictimaiyyәtә çatdırdıqları dövlәt orqanında törәdilәn vәhşiliyi göstərir və hökumәt buna görə izahat vermәli vә müvafiq tәdbirlәr görmәliydi. Lakin təəssüf ki, hakimiyyət belə bir dəhşətli hadisə qarşısında da susqun və saymazyana davrandı. Milli Şura üzvləri qeyd ediblər ki, buna qədər DİN-in Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsi ("bandotdel") belə dəhşətli işgəncələr, anti-insani əməllərlə ad çıxarmışdı. İndi bəlli olur ki, Ədliyyə Nazirliyinə tabe olan cəzaçəkmə müəssisələri, konkret olaraq Qobustan qapalı həbsxanası və "tubzon" kimi tanınan cəzçəkmə müəssisəsi dustaqlara verilən işgəncələrin ağırlığına görə "bandotdel"i də üstələyir. Bu da onun göstəricisidir ki, vətəndaşlara qarşı dəhşətli işgəncələr ayrı-ayrı dövlət orqanlarının, hansısa qudurğan məmurların özfəaliyyəti deyil, yürüdülən dövlət siyasətinin nəticəsidir.