Milli Şura aprelin 20-nə mitinq təyin edib

Baxış sayı:
17989

Milli Şuranın aprelin 6-da mitinq qərarına Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verdikdən sonra yenidən aprelin 20-də mitinq keçirmək barədə qərar qəbul edib.
 
“Mitinqin tələbləri dəyişdirilməyib. Milli Şura siyasi məhbuslara azadlıq, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər tələblər irəli sürüb," Milli Şuradan Amerikanın Səsinə bildiriblər.
Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.
Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib.