Milli Qəhrəman Nofəl Quliyevin doğum günüdür

Baxış sayı:
5404

Nofəl Zahid oğlu Quliyev 1963-cü il oktyabrın 4-də Şirvan (Əli Bayramlı) şəhərində anadan olub. O, polis  əməkdaşı kimi dəfələrlə cəbhə bölgələində hərbi əməliyyatlarda iştirak edib, 1991-ci ilin dekabrında Goranboy rayonu Todan kəndinin müdafiəsində düşmənin artıq qüvvələrinə qarşı döyüşə girib, son gülləsinə qədər vuruşub və düşmənin əlinə keçməmək üçün son gülləsini öz ürəyinə sıxıb.
1992-ci il iyunun 6-da ona Milli Qəhrəman adı verilib. Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin 9 saylı orta məktəbi onun adını daşıyır.