Milli Ordunun polkovniki oğlunu hərbi xidmətdən yayındırıb – ŞOK FAKTLAR

Nemət Babayevin oğlu cəbhə bölgəsinə getmək əvəzinə, atasının xidməti otağında “hərbi xidmət keçir”
 
BakuNews.Az-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı Ordu Birləşməsinin komandir müavini, polkovnik Nemət Babayevlə bağlı ilginc informasiya daxil olub.
İddia olunur ki, Nemət Babayev müdafiə nazirinin xəbəri olmadan, tutduğu vəzifəsindən sui-istifadə edərək bir sıra qanunsuzluqlar törədib. Belə ki, N.Babayevin konkret olaraq övladını ön cəbhədən yayındırdığı haqda informasiyalar mövcuddur.
Redaksiyamıza daxil olan məlumata görə, polkovnik N.Babayevin oğlu hazırda hərbi xidmətdən yayınır. Buna isə atası şərait yaratmaqdadır.
Azərbaycanın bu ağır günündə, torpaqlarımızı işğaldan azad etmək üçün hərəbi xidmət keçmiş şəxslərə ehtiyac duyulduğu zamanda Nemət Babayevin bu əməlinə göz yumulması yolverilməzdir. Təsadüfi deyil ki, orduda bu kimi qanunsuzluqlar səbəbindən həqiqi hərbi xidmətdən yayınma hallarının artığı bildirilir. Bütün bu cür neqativ halların ortaya çıxmasına isə şəraiti məhz yüksək vəzifəli hərbiçilərin yaratması, sözsüz ki, gənclərdə ruh yüksəkliyini məhv etməkdədir.
Cənab İlham Əliyevin apardığı mübarizəni kölgə altında saxlayan bu şəxslər vətəndaşlarda ölkə rəhbəri və ULU ÖNDƏRİN qurduğu, onun davamçısının yüksəltdiyi orduya qarşı inamsızlıq yaradır ki, bu da indiki halda dövlətimizə çox ciddi zərbədir. Ölkə başçısının və müdafiə nazirinin başlıca məqəsədinin cəmiyyətinin Milli Orduya inamını yüksəltmək olsa da, belə neqativ hallar bu inamı daha da sarsıdır. 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəmkirdə yerləşən "N" saylı Ordu Birləşməsinin komandir müavini, polkovnik Nemət Babayev öz oğlunu hərbi xidmətdən yayındırmağa cəhd edirsə, buna şahid olan vətəndaşın hansı əhval-ruhiyyə ilə döyüşə gedə biləcəyini özünüz düşünün. Polkovnik Nemət Babayevin oğlunun adı hazırda ön cəbhəyə gedəcək övladlarımızla eyni siyahıda olsa da, bu gün o, atasının yanında “qulluq” adı ilə kef çəkməkdədir. Belə ki, N.Babayev oğlunu həqiqi xidmətə göndərmək əvəzinə, özünün xidmət otağında saxlayaraq hərbi xidmət müddətinin bitməsini gözləməkdədir.
 
BakuNews
 
P.S. Əlbəttə, əynində hərbi forma olması, o şəxsin hərbi xidməti layiqincə icra etməsi demək deyil. Nemət Babayevin oğlu kimin övladından artıq, yaxud da yüksək dərəcəlidir ki, bölgüyə düşdüyü yerdə yox, atasının dizinin dibində “xidmət edir”?!
P.P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə oxucularımıza çox ciddi faktlar təqdim edəcəyik. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyin öyrənmək istəsək də, cəhdlərimiz boşa çıxdı. Odur ki, polkovnik Nemət Babayevin mövqeyini dərc etməyə hazırıq.
 
=== === A N O N S === ===
1. Nemət Babayevin oğlu kimlərin vasitəsi ilə təyinatı üzrə qulluqdan yayınır?
2. Nemət Babayev rəsmi heyətin qarşısında ölkə rəhbəri haqqında hansı iradları bildirib?
3. Nemət Babayevin oğlunu hərbi xidmətdən yayındırmaq məqsədi nələrdən xəbər verir...?
Tezliklə bütün suallara aydınlıq gətirəcəyik! BİZİ İZLƏYİN!