MİLLİ ORDUMUZ QUBADLI-LAÇIN İSTİQAMƏTİNDƏ İRƏLİLƏYİB - Düşmən mövqeləri ataraq qaçıb

Baxış sayı:
1196

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.