Milli Məclislə bağlı yanlış fikirlər yayılır - Millət vəkili

Baxış sayı:
8434

Bəzi hallarda Milli Məclislə bağlı yanlış fikirlər yayılır. İnanın, elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək.
Muxalifet.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, bu, qanunlarda da nəzərə alınır: "Təbii ki, bu addımların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Prezidentin və Birinci vitse-prezidentin istəyi zaman-zaman həyata keçir".
H.Rəcəbli qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir:
"Vətən uğrunda canından keçənlər bizim üçün əzizdir".