Milli Məclisin növbədənkənar sessiyası başa çatdı - deputatlar tətilə çıxdılar

Baxış sayı:
7768

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırdı.

Musavat.com xəbər verir ki, spiker Oqtay Əsədov iclası yekunlaşdırarkən bildirib ki, ilk dəfə parlament iyul ayında da işlədi və qanun layihələrinin payız sessiyasına qalmasına ehtiyac olmadı. Bu münasibətlə sədr deputatlara təşəkkür edib və onlara yay tətilində yaxşı dincəlib payız sessiyasına xoş əhval-ruhiyyə ilə gəlməyi arzulayıb.

Dövlət Himinin oxunmasından sonra sessiya öz işini başa çatdırıb və deputatla tətilə yollanıblar.