Milli Məclisin ən yaşlı deputatı - İlk iclası o aparacaq

Baxış sayı:
2707

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov yenidən deputat seçdirilib.

Muxalifet.az xəbər verir ki, 81 yaşlı deputat hazırda lider namizədlər arasında ən yaşlısıdır.

1995-ci ildən deputat olan Fəttah Heydərovun son nəticədə deputat olacağı dəqiqləşsə, yeni çağırış Milli Məclisin ilk iclasını da o aparacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən yeni tərkibin ilk iclası ən yaşı deputat tərəfindən aparılır. O, parlamentin sədri seçilənədək birinci iclası aparır.