MİLLİ MƏCLİSİN DAHA BİR DEPUTATI KORONAVİRUSA YOLUXUB! – Bütün deputatlar koronavirus testindən keçiriləcək

Baxış sayı:
2119

Azərbaycan Milli Məclisinin daha bir deputatının koronavirusa yoluxduğu məlum olub!

Bu barədə mötəbər mənbələrdən məlumat verilib.

Həmin deputatın adını dəqiqləşdirə bilmədik. Ancaq Sahib Alıyevin ardınca ikinci bir deputatın koronavirusa yoluxması faktının aşkarlanmasının ciddi narahatçılığa səbəb olduğu bildirilir.

Buna görə də, sabah bütün deputatların koronavirus testindən keçirilməsinə qərar verilib.

Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Sahib Alıyevin koronavirusa yoluxduğu məlum olub. Bu haqda ilk məlumatı da “AzPolitika.info” verib.

Sonradan məlumatı deputatın özü də təsdiqləyib. O, bununla bağlı “Facebook”-da yazdığı statusda vəzifəli şəxsləri virusun geniş yayılmasının qarşısını almağa çağırıb: "Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhayət gərəkənləri edəcəklər"/azpolitika