​Milli komandamız dünya çempionatında ilk medalını qazandı

Baxış sayı:
1159

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Muxalifet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb. Heydərov rəqibinə vazari xalı ilə qalib gəlib. 
Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib.