"Milli birliyimizi yarada bilmədiyimiz üçün məsuliyyət daşıyırıq" - İNQUŞETİYA PREZİDENTİNDƏN PUTİNƏ MÜRACİƏT

Baxış sayı:
3062

İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov istefa verəcəyini bəyan edib.

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Y.Yevkurov bununla bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəyini deyib:

“Mən seçimimi eləmişəm. Bir inquş, vətənpərvər, döyüşlərdə olmuş və vətəninə sədaqət andı içmiş zabit kimi qərar verdim ki, Rusiya prezidenti Vladimir Putinə istefamla bağlı müraciət edim”.

İnquşların rəhbəri bu qərarının şəxsi maraqları ilə respublikanın maraqları arasında seçim etmək zərurətindən irəli gəldiyini açıqlayıb.

“Gəlin, etiraf edək ki, biz - yəni mənim təmsil etdiyim hakimiyyət, dini və ictimai təşkilatlar bizim milli birliyimizi yarada bilmədiyimiz üçün məsuliyyət daşıyırıq. Bizim hər birimiz şəxsi və dövlət maraqları məsələsində seçim qarşısında qalırıq. Hər kəs öz tərbiyəsinə, ideallarına uyğun hərəkət edir”.

Yunusbek Yevkurov respublikaya rəhbərlik etdiyi dövrdə terrorçuluğun qarşısının alındığını, sülh və sabitliyə nail olunduğunu da vurğulayıb.

Qeyd edək ki, Yevkurovun səlahiyyət müddəti 2023-cü ildə bitməlidir. O, 2008-ci ildən İnquş Respublikasının rəhbəridir.