Milli Bankının əməkdaşı koronavirusa yoluxdu - GÜRCÜSTANDA

Baxış sayı:
3186

Gürcüstanın Rustavi Şəhər Şurasının üzvü və onun atasının koronavirusa yoluxduğu təsdiqlənib.
 
Həmçinin, məmurun anasına da koronavirus diaqnozu qoyulub.
 
Virusa yoluxan qadın Gürcüstan Milli Bankının əməkdaşıdır.
 
Şuranın bütün əməkdaşları özünütəcrid rejiminə keçiblər, inzibati bina dezinfeksiya işləri üçün bağlanıb.
 
Qeyd edək ki, ölkədə COVID-19-a yoluxanların sayı 134-ə çatıb, onların 26-sı sağalıb./Report