​"Milan"ın oyunu təxirə salındı - Körpü faciəsi

Baxış sayı:
2002

İtaliya A Seriyasında 2018-2019 mövsümünün ilk turunun 2 oyunu təxirə salınıb.
Muxalifet.az-ın yaydığı xəbərə görə, avqustun 14-də Genuya şəhərindəki Morandi körpüsünün çökməsi nəticəsində baş vermiş faciəyə görə avqustun 19-a təyin olunan "Milan" - "Cenoa" və "Sampdoriya" - "Fiorentina" matçları keçirilməyəcək.
Rəhbərlik hazırda digər oyunların da başqa vaxta keçirilməsini müzakirə edir.
Qeyd edək ki, məlum faciə nəticəsində 38 nəfər dünyasını dəyişib.