​“Milan” baş məşqçini QOVDU

“Milan” baş məşqçisi Vinçenso Montella ilə müqaviləni ləğv edib.
Qol.az-ın xəbətinə görə, bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb. Bundan sonra baş məşqçinin səlahiyyətlərini Cennaro Qattuzo icra edəcək.
Qeyd edək ki, yay transfer pəncərəsində 200 milyon avrodan çox pul xərcləyən “Milan” uğursuz çıxış edir. Hazırda komanda turnir cədvəlində 14 oyundan 20 xalla 7-ci yeri tutur.