"Milan" 22 yaşlı oyunçuya 40 milyon avro qiymət qoydu

Baxış sayı:
5209

"Milan" bir neçə klubun maraqlandığı futbolçusu Frank Kessini satmağa hazırdır.
Muxalifet.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub.
F.Kessi ilə "Arsenal", "Tottenhem" və PSJ maraqlanır.
Qeyd edək ki, Kessi bu mövsüm A seriyasında 26 matçda 4 qol vurub, 1 qolun ötürməsini verib