Mikrofonun açıq olduğunu unudan Ərdoğan Lavrovdan Əsədlə bağlı nə soruşdu? - VIDEO

Baxış sayı:
3367

Ötən gün Moskvada Türkiyə lideri Ərdoğanla Rusiya Prezidenti Putinin təkbətək görüşündən sonra yaşanan bir məqam diqqətləri çəkib.

Türkiyə mətbuat bildirir ki, Ərdoğan Rusiya XİN başçısı Lavrovla görüşərkən, bəzi məqamları dəqiqləşdirmək istəyib. Buna görə də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu çağıraraq, ondan sözlərini Lavrova tərcümə etməsini xahiş edib.

Ərdoğan Lavrovdan "Bu anda Əsədlə danışıldı, elədirmi?" deyə soruşub. Çavuşoğlu bu sözləri Lavrova tərcümə edib. Amma Lavrovun cavabı mikrafonlara düşmədiyindən, nə dediyi bəlli deyil.

Ehtimal olunur ki, Ərdoğanın bununla Əsədin atəşkəs razılaşmasına riayət edəcəyini yəqinləşdirmək istəyib./Virtualaz.org