​ Mikayıl Cabbarov yenə mətbuatın gündəmində - SAYTLAR TƏHSİL NAZİRİNİ “MEDİA ULDUZU”NA ÇEVİRİBLƏR

İllərdir mətbuatın “unutduğu” Artur Rəsizadə isə ötən həftənin ikincisi oldu

Mətbuatın “qara siyahı”sında olan deputatlar isə Elmira Axundova və Malik Həsənovdur
 
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı ilə də tanış olacaqsınız.

Beləliklə, ötən həftə  - 06-12 noyabr  2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs təhsil naziri Mikayıl Cabbarov olmuşdur. Onun barəsində “Mikayıl Cabbarovun təhsil sistemi rüşvətə necə məğlub oldu? – TƏHLİL”, “Gülümsərovsayağı riyaziyyat kəşfi - Azərbaycan təhsilinin dərslik bəlası” “Mikayıl Cabbarov və ətrafı həbs olunmalıdır” sərlövhəli 3 müxtəlif yazı 15 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan 2-ci məmur “Artur Rəsizadənin qonşuları ondan şikayət edirlər... ” başlıqlı məqalənin 5 saytda yayılması ilə ölkənin Baş naziri Artur Rəsizadə olmuşdur.

Ötən həftə adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-ci yeri isə “Gəncə Texnologiya Universitetində nələr baş verir?- REKTOR QOHUM-ƏQRABASINI TƏHSİL OCAĞINA YIĞIB” –adlı məqalənin  4 elektron KİV-də yayılması ilə Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov tutur. 
 
Ötən həftə mətbuatın “qara siyahı”sında olan deputatlar – Elmira Axundova və Malik Həsənov

Həftə ərzində “Deputatın oğlu həlak olan modelə “Jeep” bağışlayıbmış”“FHN sükutu pozdu: Deputat oğlu ölən model qıza görə dindiriləcək? - Video/Təfərrüat” adlı 2 yazının 12 saytda işıqlanması ilə Elmira Axundova deputatlar arasında həftənin birincisi olmuşdur.
“Malik Həsənovu mandatdan məhrum edəcək dosye” adlı məqalənin 5 elektron KİV-də yayımlanması ilə deputat Malik Həsənov isə həftənin ikincisi olmuşdur.


Muxalifet.az