Mikayıl Cabbarov: "Magistraturalara sənəd verənlər azalıb, qəbul olunanlar isə artıb"

 "Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb".
Muxalifet.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ilk magistrlərinin “Məzun günü”ndə çıxışı zamanı deyib.
Nazir bildirib ki, magistratura pilləsinə sənəd verənlərin sayı azalsa da, qəbul olunanların sayı 34 faiz artıb.
Nazirin sözlərinə görə, bu da ali təhsildə keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir.
M. Cabbarov magistratura pilləsində təhsil almaq istəyən oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin elmə dəstək olduğunu diqqətə çatdırıb.