Mikayıl Cabbarov “birinciliyi” əldən vermir – MİKAYIL İSMAYILOV “NAZİRƏ ÇATMAĞA ÇALIŞIR”

Səlim Müslümov və Qorxmaz Hüseynov isə ötən həftənin üçüncülüyünü bölüşürlər

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
Beləliklə, ötən həftə - 09- 15 oktyabr  2017-ci il tarixlərində elektron mətbuatda ən çox ad hallanan vəzifəli şəxs, keçən həftə olduğu kimi, yenə də  təhsil naziri Mikayıl Cabbarov olmuşdur. Onun barəsində 8 müxtəlif adlı və mövzulu yazı 34 elektron KİV-də işıqlandırılmışdır. Yazı başlıqları isə “Mikayıl Cabbarov, əgər özünə hörmət edirsənsə, istefa ərizəni özün yaz” – Nazirdən tələb, “Mikayıl Cabbarovun təhsil biznesi: dərs vəsaitləri valideynlərə məcburən satılır”, “Nazirliyin təşkil etdiyi beynəlxalq sərgi fiaskosu: - Cəmi 7 xarici universitet iştirak etdi”, “Məktəblərdəki özəl mühafizəçilərin pulu hardan ödənilir?”,  “Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır”,”Özünə hörmət edən nazir üzr istəyib, istefa verməli idi...- Tənzilə Rüstəmxanlıdan sərt açıqlama verdi”, “Cabbarovun federasiyasında qalmaqal- vitse-prezident pedofillikdə ittiham olunur” “Mikayıl Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili – XAOS” olmuşdur.

Mətbuatda ən çox adı hallanan 2-ci məmur “Az-Granata” MMC-nin rəhbərliyi qanun tanımır” adlı yazının  - 8 elektron KİV-də yayımlanması ilə SOCAR vitse-prezidenti Mikayıl İsmayılov olmuşdur.

Mətbuatda ən çox adı hallanan 3-cü məmur yerini isə “Səlim Müslümovun arşını”, “Şəki sakinindən Səlim Müslümova SENSASİON MÜRACİƏT” adlı 2 məlumatın - 7 elektron KİV –də yayımlanması ilə  Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və

“Azərsu” prezidentinin oğlunun ““Haramı əməliyyatı”: Araz Hüseynov Füzulidə 250 məcburi köçkünə qan uddurur” adlı yazının da 7 elektron KİV-də yayımlanması ilə “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynov bölüşdürür.

***

Ötən həftə mətbuatın hədəfindən olan deputatlar – ŞƏMSƏDDİN HACIYEV və ƏSABİL QASIMOV


Ötən həftə ərzində “Deputat Şəmsəddin Hacıyev həbs oluna bilər – Açıqlama”, “İqtisad Universitetinin istintaqı rüşvətxor deputatı təşvişə salıb - Müdhiş təfsilat...”, “Şəmsəddin Hacıyev çıxış yolları arayır”“Şəmsəddin Hacıyev hardadır?” adlı 4 yazının 12 sayıtda işıqlanması ilə deputat  Şəmsəddin Hacıyev deputatlar arasında birinci,

"Əsabil Qasımovun şirkətindən özbaşınalıq” adli yazının 10 elektron KİV-də yayilması ilə deputat Əsabil Qasımov isə ikinci olmuşdur.

Muxalifet.az