​“Microsoft”dan Azərbaycana MÜHÜM DƏSTƏK

Baxış sayı:
4471

Həyata keçirilən monitorinq tədbirləri və aparılan təhlillər nəticəsində müəyyən olunub ki, ziyanverici proqramlar, fişinq hücumları, istifadəçilərin elektron poçt və sosial şəbəkə hesablarının ələ keçirilməsi, DoS/DDoS hücumlar ölkəmizdə də internet istifadəçilərinin qarşılaşdığı əsas təhlükələrdir. Muxalifət.az xəbər verir ki, bu təhdidlərin və təhlükələrin qarşısının alınması, kiberhücumlarla effektiv mübarizə aparılması istiqamətində kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsini həyata keçirmək, əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə “Microsoft Azərbaycan” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu kibertəhlükəsizlik sahəsində “Microsoft”un xidmət və texnologiyalarından istifadə, bilik və təcrübə mübadiləsi, tədqiqatların aparılması üzrə əməkdaşlıq əlaqələrinin qurulması dövlət sektorunda lisenziyalı proqram təminatının təbliği kimi məsələləri əhatə edir. "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, kiberhücumlar nəinki təşkilat və şirkətlərə maddi zərər vurur, eyni zamanda, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. “Tərəflər arasında imzalanan bu Anlaşma Memorandumu Azərbaycanda kiberməkanın təhlükəsizliyinin təmin edilməsində və ümumiyyətlə, ölkədə informasiya texnologiyaları sahəsinin inkişafında olduqca vacib addımdır və mühüm rol oynayacaq. Kibertəhlükəsizlik sahəsində “Microsoft”un kifayət qədər təcrübəsi, həlləri və xidmətləri mövcuddur ki, Elektron Təhlükəsizlik Xidməti ilə onları bölüşməyə hazırıq"./publika/