Məhşur kriminal avtoritet Rövşən "Lənkəranski"nin qəbrini ziyarət edəcək

Baxış sayı:
14857

Rövşən "Lənkəranski"nin varisi, məhşur kriminal avtoritet Şeyx Xamzat Azərbaycana gəlir.
Bu barədə "Şeyx" ləqəbli çeçenistanlı kriminal avtoritet Xamzat Qastamirova aid sosial şəbəkə hesablarında məlumat yayılıb.

Məlumatda deyilir:

Bildiyiniz kimi bir-neçə gündən sonra Rövşən qardaşımızın qətlə yetirilməsinin il dönümüdür. Mən nə qədər ki sağam, hər il mənəvi qardaşım olan Rövşənin qəbrini ziyarət edəcəm. İnşallah bütün Rövşən sevərləri Lənkəranda gözləyəcəm.
Lənkərandan sonra Gəncə şəhərinə, İmamzadə ziyarətinə gedəcəyik. Bununla bağlı mənə şərait yaradan ölkə rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.

Hörmətlə, Şeyx Xamzat".
Xatırladaq ki, "Lənkəranski" ləqəbli kriminal avtoritet Rövşən Caniyev 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilmişdir. 
baku.ws

Məhşur kriminal avtoritet Rövşən "Lənkəranski"nin qəbrini ziyarət edəcək