MHPdən çox sərt Davutoğlu açıqlaması!

Baxış sayı:
748

MHP sədrinin müavini Semih Yalçın Türkiyənin keçmiş Baş naziri Əhməd Davutoğlunun partiyası haqqında açıqlamasına təpki verib.
 
Yalçın sosial media hesabından etdiyi açıqlamada bu ifadələri işlədib:
“Sakit'' baş nazirlərdən Əhməd Davutoğlunun bir müddətdir AK Partiya içindəki təxribatçılıq və ayrılıq cəhdlərinə MHP-yə yönəlik əks cəbhə meydana gətirərək istiqamət verməyə çalışdığı müşahidə edilməkdədir. Davutoğlunun MHP-ni hədəfə gətirməsinin arxa planında partiyamızın siyasətdə oynadığı dominant və təsirli, amma qurucu rolunun baltalanılması üçün özünü yeni fitnə mərkəzi roluna hazırlayanların narahatlığıdır.
 
''ƏSL MƏQSƏDİNİ GİZLƏYİR''
 
Əhməd Davutoğlu ''MHP sanki AK Partiya tabanına xortum bağlamış'', ''MHP ilə ittifaq bitirilməlidir'' kimi əsassız, ağılsız və uzaqgörən olmayan açıqlamalarla hədəf çaşdırmaqdadır. Davutoğlu beynəlxalq aktyorlar adına elektorat içində anafor meydana gətirərək öz partiyasının altını oyma vəzifəsini ifa edərkən, əsl məqsədini də gizlətmə şeytanlığı edir.
 
Keçmiş baş nazirin MHP gündəmi, əslində AK Partiya hədəfli təsbit və qiymətləndirmələrinin məqsədi əlbəttə partiyasının xeyri və salamatlığı deyil. Davutoğlunun hədəfində “Cumhur İttifaqı”nın Türkiyəni 2023-ə daşıma potensialını yox etmək və hörmətli prezidentin yenidən seçilməsiylə sürəcək sabitliyi indidən baltalamaq, Prezidentlik Hökumət Sisteminə bu yolla zərər vermək vardır. Çünki “Cumhur İttifaqı” yeni oturmağa başlayan Türkiyənin regional və beynəlxalq sahədəki hörmətli mövqeyinə yaraşan yeni hökumət modelinin sığortası, zəmanətidir.
Davutoğlunun çürük tezislərinin əksinə, bu ittifaq AK Partiyanın təbiətini pozmadığı kimi, onun ölkə məsələlərini milli iradə dəstəyiylə təhlil edəcək gücə çatmasına, Türkiyənin gələcəyi və davamlılığı adına möhkəm, obyektiv və nəticə mərkəzli siyasətlər çıxarmasına vəsilə olmuşdur. “Cumhur İttifaqı” atmosferi və Prezidentlik Hökumət Sistemi sayəsində Türkiyə beynəlxalq aktyorlar qarşısında daha müstəqil və daha suveren bir dövlət portreti çəkə bilmişdir. Davutoğlular və Babacanları hərəkətə keçirən xarici şəbəkələrin məqsədi bu aşılmaz və sarsılmaz gücü ortadan qaldırmaq, Türkiyənin millət iradəsinə söykənən varlıq və müqavimət əzmini yıxmaqdır. Bu ictimaiyyətin də diqqətindən qaçmamışdır”.
Müxalifət.az