MHP sədrindən ABŞ-a sərt sözlər

Baxış sayı:
1384

MHP sədri Dövlət Baxçalı ABŞ-ın son iqtisadi oyunlarına qarşı sərt sözlərlə cavab verib.
 
Baxçalı, " ABŞ-la müttəfiqlik əlaqəsi yara almışdır. S-400-ə qarşı F-35 “kozırı” irəli sürülmüşdür. Bu kobud və qaydalara uyğun olmayan bir rəftardır. Kimdən nə alacağımızı, nə aldığımızı müəyyən etmə haqqı nə vaxtdan bəri ABŞ-a keçmişdir? Baş verənlər məqsədlidir, xəstəlikdir və düşmənçilikdir. Türkiyə hücumlara qarşı tək yumruqdur" deyə, bildirib.
Baxçalı, yerli seçkilərlə bağlı birlik mesajı verib: "Türkiyənin yaşam mübarizəsi apardığı dövrdə MHP-nin yenə razılaşmalı, sağlam mövqeyini davam etdirəcəkdir. Əldə edilən nailiyyətlərin 31 martda yox olmasını arzu etmirik. İstanbul, Ankara və İzmir olmaqla, 27 bölgə zillətə özünü qurban verən idarəçilərin əlinə keçməməlidir. Bu bir tarixi məsuliyyətdir" deyib.
Müxalifət.az