MHP sədri Baxçalı Məclis başqanı olacaq – İDDİA

Baxış sayı:
12418

AK Partiya-MHP ittifaqıyla bağlı maraqlı bir iddia ortaya atılıb. AK Partiyanın MHP-yə edəcəyi jestin Dövlət Baxçalıya Türkiyə Böyük Millət Məclisinin sədrliyini vermək olacağı iddia edilib.
 
Belə bir ehtimal hazırda qüvvətli bir şəkildə danışılır. Dövlət Baxçalının da böyük ehtimalla TBMM sədri olacağı danışılır siyasi kulislərdə.
Ancaq Dövlət Baxçalının bu mənada hər hansı bir istəyinin olmadığı da qeyd edilir. Sadəcə Baxçalının belə bir tələbinin olmamasına baxmayaraq prezident Ərdoğanın belə bir jest edə biləcəyi bildirilir.
Müxalifət.az