​MHP sədri ABŞ və Avropanı topa tutdu

Baxış sayı:
12574

MHP lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında önəmli bəyanatlar verib və ABŞ və Avropanı sərt tənqid edib: “S-400 alacağıq deyirik, bədəli ağır olur, deyirlər. F-35 alırıq, deyirik, S-400 aldıqda, uça bilməzsiniz, deyirlər. Bir tərəfdən NATO-dan çıxararıq təhdidi ilə iradəmizə zəncir vurmağa çalışırlar, digər tərəfdən NATO zirvəsində şirinlik nümayiş etdirirlər. FETÖ başçısını verin, deyirik, siyasi repressiyaya məruz qalan Sünni Müsəlmanlar kimi göstərirlər. Şərq Aralıq dənizində qarşımızı kəsmək üçün plan üstünə plan edirlər. Türk tarixinin heç bir dövründə soyqırım yoxdur, digər tərəfdə sözdə soyqırım anma günü keçirirlər. İşlərinə gəlməyəndə Türkiyəni iqtisadi sanksiyalarla təhdid edirlər. Demokratiya deyirlər, Venesuelada dövlət çevrilişinə dəstək verirlər. Terror təşkilatlarını qızışdırırlar, Suriyada qeyri-sabitliyi diri saxlayırlar. İnsan hüquqları deyirlər, insan qatillərinə kömək edirlər”. Müxalifət.az