MHP-nin millət vəkili namizədlərinə 2500 maşınlıq karvanla qarşılama - FOTOLAR

İsa Yaşar Tezeldən erməni namizədlərə sərt təpki

"Türk düşmənliyi aparan erməni diasporunu adamlarını niyə namizəd irəli sürürsünüz?"

Türkiyədə keçiriləcək parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasından olan namizədlər İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu Iğdıra səfər ediblər. Namizədləri Iğdırın hava limanında 2500-ə yaxın maşınlıq karvan qarşılayıb. Qarşılama o qədər kütləvi olub ki, MHP-çi namizədlər hava limanından şəhər mərkəzinə 2 saata çata biliblər.

MHP-nin yerli şöbəsinni qərargahının eyvanından İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu toplaşanlar qarşısında çıxış ediblər. ÇHP-çi namizədləri qarşılamağa Qarsın bələdiyyə başçısı Murtəza Qaraçanta da gedib.

İsa Yaşar Tezel bildirib ki, Türkiyə üzərində oyunlar gedir. O, bəyan edib ki, erməni diasporu Iğdırda deputat seçkilərinə müdaxilə etmək istəyir: "AKP, CHP və HDP-nın erməni namizədləri var. Türk düşmənliyi aparan erməni diasporunu adamlarını niyə namizəd irəli sürürsünüz? Hanı Azərbaycanla qardaşlıq, hanı iki dövlər bir millətlik? Xocalıda soyqırım törədən ermənilərə xidmət edənləri partiyalarınızdan namizəd edirsiniz. Iğdırlılar erməni diasporunun oyununu pozacaq".