MHP-li Bələdiyyə sədri öldürüldü

Baxış sayı:
8209

Konyada Doğanhisar Bələdiyyəsinin sədri MHP-li İhsan Öztoklu (42) bələdiyyəyə aid plakatların cırılması səbəbiylə mübahisə etdiyi etdiyi keçmiş Bələdiyyə sədri Abdullah Qoçun oğlu Əbdürrəhman Qoçun (25) bıçaqlı hücumuna məruz qalıb. Sinəsindən yaralanan İhsan Öztoklu həyatını itirib. Hücumdan sonra Abdullah Qoç ilə oğlu nəzarətə alınıb.
 
52.46 FAİZLƏ SEÇKİDƏ QALİB GƏLMİŞDİ
 
Evli və 2 uşaq atası olan İnşaat Mühəndisi İhsan Öztoklu 31 martda keçirilən Bələdiyyə seçkilərində MHP-dən 'Cumhur İttifaqı'-nın namizədi olaraq 52.46 faiz səs alaraq bələdiyyə sədrliyinə seçilmişdi.
 
KÖHNƏ BƏLƏDİYYƏ BAŞÇISI VƏ OĞULU NƏZARƏTDƏ
 
Hadisədən sonra təcavüzkar Əbdürrəhman Qoç ilə atası Abdullah Qoç və əmisi Osman Qoç nəzarətə alınıb. Polisin hadisə ilə əlaqədar istintaqı davam edir.
 
İYİ PARTİYADAN NAMİZƏD OLDU, SEÇKİLƏRİ UDUZDU
 
Daha əvvəl Başköy Diyar Bələdiyyə sədri olan Abdullah Qoç, böyükşəhər qanununundan sonra 2014-cü ildə MHP-dən Doğanhisar Bələdiyyə sədri seçilib. Təxminən 2 il əvvəl partiyasından istefa verən və müstəqil olaraq vəzifəsini davam etdirən Qoç, 2018 il noyabr ayında İP-ə keçən Qoç, 31 martda keçirilən yerli seçkilərdə, İP-dən bələdiyyə sədrliyinə namizəd olub. 40.40 faiz səs alan Qoç seçkilərdə məğlub olub. Nəzarətə alınan 3 şübhəlinin sorğuları davam edir.
Müxalifət.az