MHP-li başqana silahlı sui-qəsd

Baxış sayı:
2584

Avtomobili ilə Qarsdan Arpaçay istiqamətinə gedən MHP-nin Qars təşkilatının sədri Uğur Boy'a arxadan onu təqib edən avtomobildəkilər tərəfindən silahlı hücum təşkil edilib.
 
Şəhər mərkəzindən 15 km məsafədə oyerləşən Mezra kəndinə gəldikdə, arxadan gələn avtomobilin siqnal verdiyini və işıqlarını yandırıb söndürüdüyünü görüb.
MHP-li sədr avtomobilin sürətini yavaşladıb və onların tanış olduğunu zənn edib. Bu arada silahdan atəş səslərinin gəlməsi ilə avtomobilin arxa şüşəsi partlayıb və ard arda atış edilib. Özümü güllərdən qorumağa çalışan Boy, sükanın idarəsini itirərək maşını aşırıb. Avtomobilə 5 güllə dəyib, maşın zərər çəksə də, Boy hadisədən yaralanmadan xilas ola bilib.
Şəxsiyyətləri naməlum olan adamlar hadisə yerindən qaçarkən, Boy avtomobildən çıxaraq jandarmaya zəng edib. Jandarm dərhal hadisə yerinə gəlib və araşdırmalara başlanılıb.
Müxalifət.az